Bloq / Press


Yoncanın iqtisadi əhəmiyyəti

Yonca kənd təsərrüfatında əsas yem bitkilərindəndir. Vitamin tərkibi zəngin olan bu bitki heyvanların bəslənilməsində mühüm rol oynayır. Respublikamızın iqlim şəraitində ildə beş dəfə biçin aparmaq mümkündür. Yoncanın ən yaxşı yetişdiyi torpaqlar gillicə, qumlu-gillicə, çox artıq miqdarda qumlu olmayan, tərkibində kifayət qədər əhəng olan torpaqlardır. Qrunt sularının yer səthinə yaxın olması və pH göstəricisinin 6.5-dən aşağı olması yoncanın inkişafına maneə törədir. Torpağın fosfor və kalium tərkibi zəngin olmalıdır. Yonca toxumları çox kiçik olduğuna görə yonca əkiləcək ərazi yaxşıca hazırlanmalıdır. Əkin yatağı sərt yabanı otlardan təmizlənməli və torpağın bir neçə sm dərinliyində nəm olmamalıdır. Bu səbəblə, dərin şumlanmış torpaqların üstündən disklə malalama və dırmıqla hamarlama işləri aparmaq lazımdır. Əkində istifadə olunacaq toxumların fiziki və bioloji keyfiyyəti yüksək olmalı, sertifikatlı toxumların istifadəsinə üstünlük verilməlidir. Yonca toxumu normal saxlanma şəraitində canlılığını uzun müddət qoruya bilir. Əkində istifadə olunacaq toxumların fiziki və bioloji keyfiyyəti yüksək, sertifikatlı toxumların istifadəsinə üstünlük verilməlidir. Yonca torpaqdakı qida maddələrini özünə çox çəkən bir bitkidir. Təsərrüfat gübrəsinin tətbiqi də yonca toxumlarının inkişafını stimullaşdırır. Yonca azotun böyük hissəsini köklərindəki yumrular vasitəsilə götürür. Yoncaya gübrə tətbiqi aparılmış torpaq analizlərinin nəticələrinə əsasən, aqronomun göstərişi ilə əkin zamanı azot və fosfor oluna bilər. Fosfor yonca toxumunun inkişafı üçün vacib elementdirsə, kalium da yoncanın soyuğa davamlılığını artıran element kimi yoncanın inkişafında mühüm rol oynayır. Yuxarı temperaturlu ərazilərdə yoncanın su tələbatı 2500 mm-ə qədər çata bilir. Əkin mövsümündən və ərazidən asılı olaraq 10-15 gündən bir suvarma aparıla bilər. Yoncanın suvarılmasında diqqət ediləcək əsas məqam hər biçindən sonra yenidən suyun verilməsidir. Suvarma sistemi kimi isə yonca bitkisi çiləmə suvarma sistemi və arxlar vasitəsilə suvarıla bilər. Suvarmanın vaxtı və intensivliyi aqronom vasitəsilə dəqiqləşdirilməlidir. Ot üçün yetişdirilən yonca bitkisinin uyğun biçim zamanı 10% çiçəklənməyə çatdığı dövrdür. Məhsuldarlıq torpağın tərkibinə, verilən gübrəyə və suvarmaya əsasən dəyişir. Biçim üçün hündürlük 8-10 sm olmalıdır. Yonca anbarda saxlanacaqsa, çox qurudulmamalıdır ki, bu otun tərkibində A vitaminin azalmasına səbəb ola bilir. Yoncanın iqtisadi əhəmiyyəti:
- 7 il məhsul verir, gübrəyə böyük təlabatı yoxdur;
- Toxumu ucuzdur, aqrotexniki qulluq işləri baha deyil;
- Yaş və quru formada satılır, təlabat böyükdür;
- Əmək xərcləri aşağıdır, suvarmaya qarşı tələbkar deyil və s.


geri
Yeni məhsullar Texniki xidmət Aksiya