Lizinq alanlar üçün


KƏND TƏSƏRRÜFATI TEXNİKASININ LİZİNQİ

“Prior Leasing” şirkəti kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara və fermerlərə Aqrar Kredit İnkişaf Agentliyi vasitəsilə ilkin ödəniş 20% olmaqla, 40% dövlət subsidiyalı 5 ilədək faizsiz lizinq şərtləri təqdim edir. 

Daha ətraflı məlumat üçün istədiyiniz növ məhsulun səhifəsinə keçid edin


DAMAZLIQ HEYVANLARININ LİZİNQİ

Sizin rahatlığınız üçün, Bakıya gəlmədən “Prior Leasing”ə damazlıq heyvanların alınmasını sifariş edə bilərsiniz. Seçdiyiniz heyvanları şirkətimiz ən qısa müddətdə idxal edib Sizə çatdıracaqdır.

“Prior Leasing” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit İnkişaf Agentliyi vasitəsilə heyvandarlıqla məşğul olan fermerlərə 25% ilkin ödəniş, 60% dövlət subsidiyası olmaqla iri və xırda buynuzlu cins damazlıq heyvanlar təklif edir. 

Daha ətraflı məlumat üçün məhsulun səhifəsinə keçid edin


MİNİK AVTOMOBİLLƏRİNİN LİZİNQİ

“Prior Leasing” şirkəti istənilən marka - model minik və yük avtomobilini hüquqi və fiziki şəxslərə   sərfəli şərtlərlə lizinq proqramı daxilində təklif edir. Avtomobilləri ilkin 20% ödəməklə, illik 18%-dən başlayaraq 4 ilədək lizinq şərti ilə almaq imkanınız var. Bunun üçün sadəcə istədiyiniz avtomobili seçib bizə zəng etməyiniz və ya bölgələrdəki nümayəndələrimizə müraciət etməyiniz kifayətdir. 

Qeyd*: minimal faiz təkrar və korporativ müştərilərə şamil edilir.

Daha ətraflı məlumat üçün məhsulun səhifəsinə keçid edin


TİKİNTİ TEXNİKASININ LİZİNQİ

Ölkəmizdə hər il yeni tikinti layihələrininin start götürməsi, göydələnlərin ucaldılması, yol infrastrukturunun yaxşılaşdırılması kimi amilləri nəzərə alıb tikinti sektoruna da yardımçı olmaqdan məmnunluq duyuruq. İlkin 25%, illik 20%-dən başlayaraq  4 ilədək lizinq şərtlərilə müştərilərimizə dünyanın ən keyfiyyətli texnikasını təqdim etməklə dəstək oluruq!

Daha ətraflı məlumat üçün məhsulun səhifəsinə keçid edin


DİGƏR MƏHSULLARIN LİZİNQİ

Ölkəmizdə lizinq təkliflərinin əsasən avtomobil, kənd təsərrüfatı, tikinti sahəsi ilə bağlı olmasına baxmayaraq, Prior Leasing şirkəti müştərilərinin tələblərini nəzərə alaraq digər sahələrə də aid texnika və avadanlıqların sərfəli lizinq şərtləri ilə satışını həyata keçirir. Bura müasir standartlara cavab verən tibbi avadanlıqlar, son model kosmetoloji cihazlar, yüksək keyfiyyətli çap dəzgahları, zavod və fabriklər də daxil olmaqla, müxtəlif istehsalat obyektləri, anbar və bu tipli saxlama üçün nəzərdə tutulmuş avadanlıqlar, tikililər və digər bir çox məhsullar daxildir. Şirkətimiz sifarişləri yerli təchizatçılardan almaqdan əlavə, xarici ölkələrdən də idxal etməyə qadirdir.

Daha ətraflı məlumat üçün məhsulun səhifəsinə keçid edin

 


Bütün qeyd olunan məhsulları tez bir zamanda əldə etmək üçün operativ xidmət göstərən komandamız rəsmiləşdirmə prosesini sadələşdirilmiş və müddəti 3 günə endirmişdir. 

Yeni məhsullar Texniki xidmət Aksiya