Məsləhət


Sahib olduğunuz təsərrüfatın məhsuldarlığının artırılması və yüksək göstəricilər əldə etməsi üçün şirkətimiz lizinq dəstəyindən əlavə məhsullarla bağlı məsləhət xidməti göstərir. Bizim mütəxəssislər sifarişi təhlil edərkən alınacaq məhsulun gələcəkdə istifadə ərazisinə baxış keçirir, müştərinin tələbləri və imkanları ilə məhsulun funksiyalarını müqayisə edib lazımi rəy və məsləhətlərlə yardımçı olurlar. 

Nəzərinizə çatdıraq ki, şirkətimiz mütəmadi olaraq bölgələrdə sahə günləri təşkil edir. Bu tədbirlərdə potensial müştərilər maraqlandıqları və almaq istədikləri texnikanın xüsusiyyətləri ilə daha yaxından tanış olmaq üçün onu sınaqdan keçirə bilərlər. 

Şirkətimiz yerli mütəxəssislərlə yanaşı, xarici peşəkarları da ölkəyə dəvət etməklə, kənd təsərrüfatının inkişafı və bu sahədə innovativ texnologiyaların istifadəsinin əhəmiyyəti ilə bağlı seminarlar təşkil edir. Bu seminarlar vasitəsilə yerli fermerlər xarici təsərrüfat sahiblərinin təcrübələrindən yararlanmaqla, öz sahələrindən yüksək məhsuldarlıq əldə edə bilərlər.

Qeyd: Sahə günləri, seminarlar və digər tədbirlərimizlə bağlı məlumatları bizim sosial şəbəkə hesablarımızdan və yerli nümayəndələrimizdən əldə edə bilərsiniz. 

Yeni məhsullar Texniki xidmət Aksiya