Rəhbərlik


Nicad Bağırov  

   10 sentyabr 1984-cü ildə Gəncə şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində bakalavr təhsilini başa vurub. Magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə Edilməsi (MBA) üzrə alıb, 2007-ci ildə məzun olub.
2008-2021-ci illərdə “Bank of Baku”da müxtəlif vəzifələrdə çalışıb.  2017-2021-ci illərdə həmin bankın Pərakəndə Bankçılıq, Kiçik, Orta Sahibkarlıq və Mikro Kreditlər üzrə sahə direktoru vəzifəsini icra etmişdir.  Sahənin tərkibində olan 5 departamentin :  “Məhsul və müştərilərin idarə edilməsi”, “Filial şəbəkəsinin İdarə edilməsi” , “Reklam və ictimaiyyətlə əlaqələr”, “Partnyorlarla iş və layihələrin idarə edilməsi”, “KOS və mikro kreditlər” departamentlərinə və 18 filiala ümumi rəhbərlik etmişdir.
28 noyabr 2022-ci ildə “Prior Leasing” ASC-də işə başlamışdır. Hal-hazırda “Prior Leasing” ASC-nin Baş Direktoru vəzifəsində çalışır.
Evlidir, 3 övladı var.

 

left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar