Bloq / Press


Rekord qıran traktorlar

Rekord qıran traktorlar

İndiyə qədər bloqlarımızda traktorun tarixi inkişafı, müasir traktorları təsərrüfata uyğun şəkildə necə seçilə biləcəyi, çoxfunksiyalılığı kimi və sair mövzularda sizi yeni məlumatlarla tanış etməyə çalışdıq. Bəs traktorlarda maksimum və minimum göstəricilər? Bu sahədə hansı rekordlar var? Maraqlı suallardır, hə? Elə isə gəlin, bu gün bu sualların cavabını öyrənək.

Bir traktor 100 il işləyə bilər?

1901-ci ilin noyabrında ingilis mühəndis Daniel Albone üç təkərli dizaynı olan ilk traktorunun dizaynını tamamladı. Bu traktor 8 at gücündə idi. O, həmin traktora Ivel adını verdi və 12 dekabr 1902-ci ildə “Ivel Agricultural Motors Limited” şirkətini qurdu.

1902-ci ildə istehsal edilmiş “Ivel Agricultural Motor” traktoru hələ də işlək vəziyyətdədir və hazırda İngiltərədə sərgilənir. Bu qənaətə gəlmək olur ki, bir traktor nəinki 100 il, hətta 123 il də işləyə bilir.

Ən çox istifadə olunmuş traktor hansıdır?

1976-cı il istehsalı “Masey Ferguson 135” traktoru 35.000 motosaat işləyib və bu nominasiyada dünya rekordunun sahibidir.

Bir tədbirdə ən çox neçə traktor iştirak edə bilər?

2012-ci ildə ABŞ-da 964 traktorun iştirakı ilə uzunluğu 15 km olan traktor paradı keçirilmişdir. Bu rekord nəticə Ginnesin Rekordlar kitabına düşmüşdür.

Bəs ən güclü traktor hansıdır?

ABŞ istehsalı Big Bud 747 traktoru 1100 at gücündə mühərriki ilə dünyanın ən güclü traktoru sayılır. Bu traktor, həmçinin ölçülərinə görə dünyanın ən nəhəng traktorudur. Texnikanın uzunluğu 8,2 m; hündürlüyü 4,3 m-dir.

Traktorla dünyanı gəzmək olar?

Avstraliyalı fermer Mick Dowling 2017-ci ildə traktorla 21.000 km məsafə qət edərək dünya rekorduna nail oldu. Onun məqsədi bu rekorddan əldə edəcəyi mükafatla xeyriyyə kampaniyasına dəstək olmaq idi.

Bəs ən sürətli traktor hansıdır?

2019-cu ildə Böyük Britaniyada “JCB Fastrac Two” traktoru 217,6 km/saat sürətə çataraq dünyanın ən sürətli traktoru olub. Bu nəticə Ginnesin Rekordlar Kitabına düşüb. Bundan əvvəlki rekord 2018-ci ildə 130,65 km/saata sürətlə “Valtra T234” traktoruna məxsusdur.

Bir traktor nə qədər kiçik ola bilər?

“Sirio 4x4” traktoru 65 sm eni ilə dünyanın ən kiçik traktorudur. İstixanalarda və bağçılıqda kiçik işləri görmək üçün istifadə edilir.

Traktorla zirvəyə qalxmaq mümkündür?

2018-ci ildə Valtra traktorları Nepalın Himalay dağlarında 5.000 m yüksəkliyə qalxaraq dünya rekordu qazanıb.

Sizcə, traktor tullana bilər?

2015-ci ildə Finlandiyada bir traktor sürücüsü xüsusi hazırlanmış rampa ilə 38,4 m məsafəyə tullanaraq nəticə Ginnesin Rekordlar Kitabına girdi.

Traktor nə qədər sakit işləyə bilər?

New Holland T7 HD PLM Intelligenceən aşağı səs səviyyəsinə malik traktordur. Kabin içində səs səviyyəsi sadəcə 66 dB-dir. Bu da operator üçün maksimum rahatlıq deməkdir.

Hansı traktor ekologiyanın ən yaxın dostudur?

 New Holland T6 Methane Power” traktoru karbon emissiyasını ən aşağı səviyyəyə endirərək rekordun sahibi oldu.

Biz də sizə mövsümdə yüksək məhsuldarlıq, yığımda rekord nəticə arzulayırıq. Rekordlarınıza dəstək olacaq traktorları “Prior”dan HƏDİYYƏLİ və ENDİRİMLİ təkliflər, 40 % dövlət güzəşti və FAİZSİZ lizinqlə əldə edin.

Baxış: 1955


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar