“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırıldı
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırıldı.
Kənd təsərrüfatı sektorunda lider mövqeyimizi daha da möhkəmləndirmək və maliyyə dayanıqlılığımızı gücləndirmək məqsədilə nizamnamə kapitalımızı 5 milyon manatdan 8 milyon manata yüksəltdik. Beləliklə, nizamnamə kapitalımızı 60 % artırmış olduq.
Bu addım uzunmüddətli liderlik ambisiyamızın, davamlı və şəffaf inkişaf modelimizə sadiqliyimizin real maliyyə göstəricisidir.

Dayanıqlı inkişaf və güclü artım
Son illərdə həyata keçirdiyimiz məqsədyönlü strategiya əməliyyat göstəricilərimizdə də öz əksini tapıb:
- Lizinq portfelimizi 35 % artırmışıq;
- Aktiv müştəri sayımızda 20 %-lik artım əldə etmişik.
Bu nəticələr müştəriyönümlü yanaşmamızın və bazara təqdim etdiyimiz effektiv lizinq həllərinin uğurunu bir daha təsdiqləyir.
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırıldı
Kapital artımı balans strukturumuzu optimallaşdırmağa, prudensial göstəricilərimizi gücləndirməyə və maliyyə dayanıqlılığımızı daha da möhkəmləndirməyə imkan verir.
Eyni zamanda bu qərar uzunmüddətli inkişaf strategiyamıza uyğun olaraq xidmət portfelimizi genişləndirməyə və yeni layihələri reallaşdırmağa əlavə zəmin yaradır.
Genişlənən xidmət şəbəkəmiz
Müştərilərimiz üçün əlçatanlığı artırmaq məqsədilə 2026-cı ilin sonunadək xidmət şəbəkəmizi 25 % genişləndirərək satış nöqtələrimizin sayını 26-ya çatdırmağı hədəfləyirik.
Məqsədimiz regionlarda fəaliyyət göstərən fermer və sahibkarların lizinq xidmətlərinə daha rahat çıxışını təmin etməkdir.
Maliyyə imkanlarımızın genişləndiyi strateji sahələr
Biz kənd təsərrüfatı başda olmaqla nəqliyyat və logistika, tikinti və xidmət sahələri üzrə daha iri və strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsini həyata keçiririk.
Xüsusilə regionlarda fəaliyyət göstərən fermer və sahibkarların müasir texnika və avadanlıqlara çıxış imkanlarını artırmaq, eləcə də daha çevik və rəqəmsal lizinq həlləri təqdim etmək əsas prioritetlərimizdəndir.
geri