Bloq / Press


Universal traktorlar və aqreqatlar

Universal traktorlar və aqreqatlar

Traktor kənd təsərrüfatında istifadə edilən əsas texnikadır. Universal traktorlar həm şum işlərində, həm də becərilən bitkilərə qulluq edilməsi, dənli bitkilərin yığımı kimi işlərdə istifadə olunur. Universal traktorların dönmə radiusu 3-4 m, sürəti 35 km/saata qədərdir.

Bu gün universal traktor kateqoriyasında Azərbaycan bazarında “Lovol”,  “New Holland” və “Landini” brendləri keyfiyyəti ilə sahədə özünü doğrultmuşdur.

Universal traktorlara toxumsəpən, presbağlayan, kotan, torpaq frezi kimi aqreqatlar qoşulur.

Bu dəfəki bloqumuzda sizə universal traktorlar haqqında ümumi məlumatla yanaşı, həmçinin kotanın funksiyaları barədə məlumat vermək istəyirik.

Torpağın becərilməsində ilkin mərhələ onun şumlanmasını həyata keçirməkdir. Torpağın şumlanmasının əsas məqsədi torpağı yumşaltmaq və alaq otlarına qarşı mübarizə aparmaqla yanaşı, əkiləcək bitki toxumlarının normal cücərib inkişaf etməsi üçün toxum yatağı hazırlamaqdır. Bu məqsədlə müxtəlif konstruksiyalı kotanlardan istifadə edilir. Kənd təsərrüfatında istifadə edilən kotanlar traktorlarla aqreqatlaşmaqla şumlamanı yerinə yetirirlər. Torpaqların şumlanmasında istifadə edilən kotanlar ümumi və xüsusi təyinatlı olmaqla siniflərə ayrılır. Traktorlarla aqreqatlaşmalarına görə kotanlar, əsasən, qoşma, yarımasma və asma kotan növlərinə ayrılırlar. Ümumi təyinatlı kotanlarla torpağı 30-32 sm dərinlikdə şumlamaq mümkündür. Xüsusi təyinatlı kotanlar vasitəsilə plantaj şumları, meşə və meyvə bağlarının şumlanmasında və meliorasiya işlərində və s. işlərdə istifadə edilir.

Kotanlar gövdələrinin sayına görə də bir-birindən fərqlənirlər, onlar az gövdəli və çox gövdəli olurlar. Kotanlar ümumi halda işçi və köməkçi hissələrdən ibarətdir. Kotanların işçi hissələrinin quruluşuna aşağıdakı hissələr aiddir: gövdə, torpaq dərinləşdirici, ön kotancıq, gavahın, laydır və bıçaq. Köməkçi hissələrə çərçivə, dayaq təkəri aiddir.

Bu gün Türkiyə brendləri olan “Agrotech”, “Şakalak” və İtaliya brendi olan “Maschio
Gaspardo Unico XS” kotanları keyfiyyəti ilə sahədə özünü doğrultmuşdur.

Müasir, keyfiyyətli və dözümlü traktorlar və aqreqatlar almaq üçün “Prior’a müraciət edə bilərsiniz.

Baxış: 1493


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar