Bloq / Press


Traktora qulluqda əsas nəyə diqqət etmək lazımdır?

Bir traktoru düzgün və təmiz saxlasanız, uzun illər sizə xidmət edəcək. Traktorla digər nəqliyyat vasitələrinin istismarı arasında bəzi spesifik fərqlər var. Bundan əlavə, bir çox fərqli tip və traktor markası olduğundan, hər yerdə bütün traktor tiplərinə tətbiq olunan tək bir texniki təlimat yoxdur. Ancaq bununla belə bəzi addımları izləmək sizə kömək edəcəkdir. Traktorla bağlı istifadəçi təlimat kitabını diqqətlə oxuyun. İstehsalçılar avadanlıqlarınızın əsas baxımına dair xüsusi təlimat verir və bununla yanaşı sizə bunu etməyiniz üçün ən yaxşı məsləhətləri verəcək təcrübəyə sahibdirlər. İstifadəçi təlimatında tapmalı olduğunuz bir neçə şey:

•    Baxım cədvəlinə nəzər yetirin. Burada alt hissə, mühərrik, şanzıman yağlaması və hidravlik yağ dəyişikliyi, filtr dəyişikliyi və digər texniki məsələlər daxil olmaqla rutin təmir fasilələrini göstərir. Xüsusiyyətləri haqqında məlumatlara fikir verin. Burada dişli, hidravlik sistem, əyləc və soyutma üçün maye növlərini və müvafiq gücləri və sairə texniki məlumatlar var. Həmçinin təkərlərin təzyiqi, dartma torkları və digər məlumatlar texniki xüsusiyyətlərdə və ya kitabın digər səhifələrində qeyd olunur. Yağ nöqtələrinin yeri (yağ armaturları), maye və ya görmə cihazları, hava və yanacaq filtrlərinin təmizlənməsi üçün təlimatlar da ətraflı qeyd olunur

•    Düzgün alətləri seçin və onları alıb qarajınızda mütləq saxlayın. Traktorlara, avtomobil baxımında yayılmış olandan fərqli ölçüdə açarlar fərqli kəlbətinlər və digər alətlət tələb olunur, buna görə də bu cür alətlərin sizin qarajda olmağı çox vacibdir.

•    Traktoru zərər verici elementlərdən qoruyun. Əksər kiçik kənd təsərrüfatı və ya bağçılıq traktorlarında oturacağın, alətlərin və metal hissələrin qorunması üçün bir kabin olmadığı üçün onu tövlədə və ya qarajda saxlamaq yaxşı olar. Mümkün deyilsə, egzoz sistemini hər istifadədən sonra bərk bağlamaq və yağış sularından mümkün qədər qorumaq lazımdır. Oturacağı və idarə panelini isə naylon salafanla örtmək kifayət edəcək.

•    Maye səviyyəsini mütəmadi olaraq yoxlayın. Traktor istifadəsi kilometr deyil, saatlarla izlənilir, buna görə istifadə müddəti fərq edə bilər və nasaz hissələri vaxtında tapıb müdaxilə olunmalıdır. Mayelərin yoxlanılması üçün istifadəçi təlimatına baxın. Mühərrik yağını yoxlayın, sürət qutusunun yağını yoxlayın, radiatordakı soyuducunu yoxlayın, hidravlik yağı yoxlayın, batareykadakı elektrolitləri yoxlayın.

•    Təkər təzyiqini həmişə diqqətdə saxlamaq vacibdir. Formasına görə aşağı təkər təzyiqi həmişə aydın görünmür. Arxa təkərlər normal olaraq 12 ilə 20 PSI arasındakı təzyiqə sahibdir, ön təkərlər isə 32 PSI-yə qədər ola bilər. Kənd təsərrüfatı traktorlarının arxa təkərləri balansla doldurulmalıdır, xüsusən də dartma gücünün tələb olunduğu yerdə. Ümumiyyətlə bu balans antifriz məhlulu olan sudan ibarətdir.

•    Traktorlarda kəmərlər və şlanqlar, insan bədənindəki damarlara bənzəyir Traktorunuz hidrolik sistemlə təchiz olunmuşdursa, yüksək təzyiqli şlanq və ya borulara malikdir və bu maye kanallarındakı qırılma komponentlərin (hidravlik nasos) sıradan çıxmasına, sükan gücünün itirilməsinə və ya digər problemlərə səbəb ola bilər. Bir şlanq (və ya kəmər) zədələnmiş, aşınmış və ya çatlamış görünürsə, dərhal dəyişdirin. Armaturlar və ya bağlantılar sızsa, contaları sıxın və ya dəyişdirin. Əyləc sistemini yaxşı yağlayın və əyləclərin düzgün tənzimlənməsindən əmin olun. Əyləclər arxa oxlarda yerləşir və bir-birlərindən asılı olmayaraq işləyirlər, buna görə də traktoru sıx künclərdən idarə etmək və ya hərəkət istiqamətini dəyişdirmək üçün istifadə olunurlar. Əyləc pedalları, traktorun yüksək sürətlə hərəkəti zamanı fırlanmasına səbəb olmaması üçün yola çıxmazdan əvvəl kilidlənir.

•    Sayğaclara baxın, istiliyi və taxometrini izləyin. İstilik göstəricisi normal işləmə aralığında olmalıdır, ancaq ölçü cihazı temperaturun 100 dərəcə selsi üzərində olduğunu göstərirsə, deməli çox qızır. Dizel mühərriklə yağ təzyiqi 40 ilə 60 PSI arasında olmalıdır. Dizel mühərriklər benzin mühərriklərindən daha aşağı fırlanma və torkla işləmək üçün nəzərdə tutulmuşdur, bu səbəbdən mühərrikin həddindən artıq dövr etməsi və ya maksimum dövrdə işləməsi tövsiyə edilmir.

•    Filtrləri mütəmadi olaraq yoxlayın. Traktorlardakı əksər sistemlər kir, su və ya komponent çatışmazlığına səbəb ola biləcək digər çirkləndiricilərə qarşı filtrlərlə təchiz olunmuşdur. Yanacaq filtrini suyun olub olmadığını yoxlayın. Dizel yanacağı nəmi cəlb etdiyindən, dizel mühərriklərinin əksəriyyətində su ayırma filtri var. Hava filtrini tez-tez yoxlayın. Traktorlar tozlu mühitlərdə istifadə olunur və bəzi hallarda filtrlərin gündəlik və ya həftəlik təmizlənməsinə ehtiyac olur. Hava filtrini tozsoran ilə təmizləyin, lakin heç vaxt yumayın. Artıq düzgün təmizlənə bilmədikdə və ya zədələnmişsə filtri dəyişdirin.

•    Radiator ekranını yoxlayın. Traktorlar qumun, palçığın radiatora dola biləcəyi şəraitdə istifadə olunur, buna görə bitki maddələrinin, həşəratların və ya tozcuqların radiatora tıxanmasının qarşısını almaq üçün tez-tez ön ekrandan stabilliyi müşahidə edin.

•    Traktorunuzu yaxşı yağlayın. Traktorların avtomobillərdən daha çox hərəkətli hissələri var. Hərəkət edən bir hissə görürsənsə, müvafiq yağlama nöqtəsini axtarın və yağlayın. Yağladığınız nöqtədən yağ axmağa başlayana qədər yağ sürtün. Sükan hissələri, əyləc, ötürücü əlaqələrində və üç tərəfli bağlama sancaqlarındakı yağ nöqtələrinə baxın. Köhnə traktorlara xüsusi sürət qutusu sürtkü yağları lazımdır. Hidravlik sistem və arxa ox montajı eyni mayeni paylaşır və səhv mayenin istifadəsi ciddi ziyana səbəb ola bilər.

•    Ən əsası traktorunuzu təmiz saxlayın. Bu, zədələnmiş hissələri və sızıntıları daha əvvəl görməyə imkan verir və problemlərin kirdən qaynaqlandığını görə bilərsiniz.


geri
Yeni məhsullar Texniki xidmət Aksiya