Bloq / Press


Təsərrüfatınıza uyğun traktorlar

Təsərrüfatınıza uyğun traktorlar

Traktor hərfi mənası etibarilə (tracteur) fransızca “çəkən” deməkdir. Əvvəllər traktor çəkmək, dartmaq, daşımaq üçün istifadə olunub. Sonrakı dövrlərdə kənd təsərrüfatı və kənd təsərrüfatı texnikalarındakı inkişaf traktorların quruluşuna da ciddi təsir göstərmişdir.

 

Traktor özünün və ona qoşulan aqreqatların işləyə bilməsi üçün bir enerji mənbəyinə malikdir. Bu enerji mənbəyi əsasən daxili yanma mühərriki olur.

Traktorlar növlərinə görə müxtəlifdir, amma ölkəmizdə əsasən universal traktorlarbağ traktorları istifadə olunur.

 

15 hektara qədər olan təsərrüfatlarda və kiçik bağlarda bağ traktoru istifadə olunur. Bağ traktorları gündəlik işlərinizi kompakt, ekonom və sərfəli şəkildə görmək üçün çox effektivdir. Bağ traktorunu seçərkən əsas diqqət edilməli məqamlardan biri traktor əgər kabinlidirsə, ağacların arasında hərəkət edərkən kabinin ağaclara zərər verməməsidir. Hobbi olaraq kiçik bağda iş görmək üçün isə mini traktor sərfəlidir. Kiçik təsərrüfat üçün balaca traktora “Solis 26” bağ traktoru yaxşı nümunədir.

 

Şum üçün isə universal traktorlardan istifadə olunur. Bu traktorlara şum traktoru da deyilir. Universal traktorlar böyük təsərrüfatlar üçün istehsal edilən texnikalardır. “Prior Leasing”də 50 at gücündən 213 at gücünə qədər, hər təsərrüfata uyğun, universal traktorlar mövcuddur.

 

Traktor almaq üçün təbii ki, müəyyən qədər büdcə lazımdır, amma bu, heç də düşündüyünüz kimi, böyük bir büdcə deyil. Bu gün Azərbaycanda traktor almaq istəyənlərə dövlət tərəfindən ciddi güzəştlər edilir. Hətta təkcə traktor yox, həmçinin aqreqat alarkən də güzəşt edilir. Bu güzəşt 40%-lik dövlət subsidiyasıdır.Yəni siz traktor və ya aqreqatı əldə etdikdən sonra həmin texnikanın qiymətinin 40%-i dövlət ödəyir. Üstəlik, siz traktoru nağd olaraq da, lizinqlə də əldə etsəniz, bu subsidiya keçərlidir.

 

Siz aqrolizinqlə traktor satışının sərfəli ünvanı “Prior Leasing”dən sahənizə uyğun olan traktoru seçib, 40% dövlət güzəşti və sərfəli lizinq şərtləri ilə faizsiz olaraq əldə edə bilərsiniz. “Prior Leasing” hər növ kənd təsərrüfatı texnikası üçün sərfəli və doğru ünvandır.

 

Baxış: 1814


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar