Bloq / Press


Salyanda toplu servis günü

         Müştəri məmnuniyyətini  özünə əsas prioritet seçən “Prior Leasing” növbəti servis gününü Salyanda keçirib. Tədbirdə iştirak edən müştərilərimiz 10-dan çox “Lovol” markalı traktorunu Salyan filialımızın ərazisinə gətirərək ümumi texniki müayinədən keçiriblər.

        “Prior Leasing”in şöbə müdiri Vüsal Mövsumovun sözlərinə görə şirkət tərəfindən təşkil olunan toplu servis günlərinin məqsədi regionda olan müştərilərimizin texnikalarına eyni anda baxış etmək, texnikaların istismarı barədə onları bir daha geniş şəkildə maarifləndirmək, servislə bağlı suallarına yerindəcə cavab verməkdir: “Texnikalar servis əməkdaşları tərəfindən mayinədən keçirildikdən sonra onlara 2 il və yaxud 1500 motosaat zəmanət müddəti verilir.”

         Qeyd edək ki, artıq ənənəvi hal almış “servis günü”ndə ehtiyyat hissəsi mağazasının səyyar maşınını da gətirərək müştərilərimizə uzağa getmədən lazım olan ehtiyyat hissələrini almaq imkanı  yaradılmışdır.

         Onu da vurğulayaq ki, regionlarımızda toplu servis günləri mütəmadi olaraq həyata keçiriləcək.

 

Baxış: 200


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar