Bloq / Press


Qax rayonunda ilk dəfə 30-dan çox texnikaya toplu servis xidməti göstərilib

“Prior Leasing” bu il 4-cü dəfə təşkil olunan “servis günü”ndə Qax və ətraf regionlardan gələn fermerlər ilə görüşüb. “Lovol” markalı traktorlarını ümumi müayinə üçün gətirən 30-dan çox müştərimizin hər birinə “Grand Motors Company” şirkətinin servis əməkdaşları fərdi yanaşaraq texnikalara  tam ödənişsiz baxış keçiriblər.

         “Servis Günü”nün məqsədindən bəhs edən “Prior Leasing”in şöbə müdiri Vüsal Mövsumov  bildirib ki, Azərbaycanda ilk dəfə regionlarımızda toplu şəkildə servis xidmətinin təşkili məhz şirkətimiz tərəfindən həyata keçirilib. “ Sevindirici haldır ki, bu gün biz onlarla müştərimizə vahid məkanda, eyni anda servis xidməti göstərə bilirik. Peşəkar komandamız bu gün tədbirdə iştirak edir. “Lovol” markasının traktorlarına sahib olan müştərilərimiz üçün ümumi müayinə prosesi başa çatandan sonra onlara iki il və ya 1500 motosaat zəmanət müddəti də təqdim edirik. Əlbəttə ki, müştəri məmnuniyyətini hər zaman əsas prioritet tutduğumuz üçün satışdan sonra da daima onlarınn yanında  olduğumuzu bildirərək xidmət səviyyəmizi daha da yüksəltmək üçün çalışırıq.”

          Qeyd edək ki, artıq ənənəvi hal almış “servis günü”ndə ehtiyyat hissəsi mağazasının səyyar maşınını da gətirərək müştərilərimizə uzağa getmədən lazım olan ehtiyyat hissələrini almaq imkanı  yaradılmışdır.

         Onu da vurğulayaq ki, regionlarımızda toplu servis günləri mütəmadi olaraq həyata keçiriləcək.

Baxış: 157


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar