Bloq / Press


“Prior” nümayəndə heyəti partnyorlarımızdan “Lovol”un Çində keçirilən Qlobal Tərəfdaşlar Konfransında iştirak edib

“Prior” nümayəndə heyəti partnyorlarımızdan “Lovol”un Çində keçirilən Qlobal Tərəfdaşlar Konfransında iştirak edib

“Prior” nümayəndə heyəti partnyorumuz “Lovol”un Çində keçirilən Qlobal Tərəfdaşlar Konfransında iştirak edib.

Konfransda “Lovol”un 24 eksklüziv modeli – 15 traktor, 4 kombayn, 3 xüsusi maşın və 2 aqreqat partnyorlara təqdim edilib.

Konfransın 1-ci günündə nümayəndə heyətimiz açıq media günündəki görüşlərdə iştirak edib. 2-ci gün Strategiya Sammitində partnyorumuzun Strateji Yol Xəritəsi ilə tanışlıq olub. Tədbirin 3-cü günündə isə heyətimiz Veyfanq şəhərindəki 4 əsas istehsal zavodunu ziyarət edib və “Lovol”un ağıllı istehsal xətlərini yaxından müşahidə edib.

Qeyd edək ki, şirkətimiz konfrans zamanı uğurlu tərəfdaşlığa görə mükafatlandırılıb. Dünyaca məşhur kənd təsərrüfatı texnikası brendi “Lovol” ilə əməkdaşlığımızı genişləndirməyə və gücləndirməyə davam edəcəyik...

Baxış: 1009


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları