Bloq / Press


Prior Leasing “ToxumArt” mağazasının açılışında iştirak edib

Prior Leasing “ToxumArt” mağazasının açılışında iştirak edib

Prior Leasing ASC-nin əməkdaşlıq etdiyi Dövlət Toxum Fondu 6 dekabr tarixində Cəlilabad rayonunda daha bir mağazasını fermerlərə təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mağazanın açılışında Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Cəlilabad rayon İcra Hakimiyətinin nümayəndələri, Prior Leasing ASC-nin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, Fond bu ilin noyabr ayından etibarən Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının da şəbəkə mağazalarında satış və xidmətini həyata keçirir: “Heyvandarlıqda geniş istifadə edilən süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli ətlik və südlük buğa toxumlarının satışı “TOXUMART” mağazaları vasitəsilə daha əlçatandır. Süni mayalandırma üzrə mütəxəssislər burada toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları da əldə edə bilərlər”.

Prior Leasing şirkəti Dövlət Toxum Fondu ilə əməkdaşlığı nəticəsində və müştərilərinə operativ xidmət göstərmək məqsədilə “ToxumArt” mağazasında əkinçilik və heyvandarlıqla məşğul olan fermerlərə dövlət subsidiyası ilə istənilən kənd təsərrüfatı texnikası və damazlıq cins heyvanları sərfəli lizinq şərtləri ilə təklif edir.

Ətraflı məlumat üçün Cənub bölgəsi üzrə əməkdaşımızla əlaqə saxlaya bilərsiniz:
(+994) 50 207 89 41

Baxış: 1267


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar