Bloq / Press


Məhsuldarlıqda rekord nəticə əldə olunub!

Məhsuldarlıqda rekord nəticə əldə olunub!

Yeni Zelandiyanın Ashburton kəndindən olan fermer Erik Vatson ardıcıl ikinci dəfə buğda yığımı üzrə dünya rekordunu qırıb. O hər hektardan 173.98 sentner buğda yığıb. Onun son rekordu 167.91 sentner olub. Rekordçu yüksək nəticə əldə etmək üçün maye gübrələrin düzgün seçilməsinin və istifadəsinin vacibliyini vurğulayıb. Bu barədə Rusiyanın "Milli Aqrar Agentliyi" məlumat bildirib.

"Sovekon" agentliyinin rəhbəri Andrey Sizov bu rəqəmin Avropa Birliyindəki orta məhsuldarlıqdan təxminən üç dəfə, ABŞ-dan beş dəfə və Rusiyadan altı dəfə yüksək olduğunu qeyd edib.

Vatson suvarma sistemlərindən istifadə edirdi. Müqayisə üçün bildirək ki, Yeni Zelandiyada suvarılan hər hektardan ortalama 120 sentner məhsuldarlıq əldə olunur. Vatsonun nəticəsindən xeyli aşağıdır. Onun sözlərinə görə, uğurunun əsas sirri maye azot gübrələrinə keçid etməsi və yeni buğda növlərindən istifadə etməsidir. Məhz bu əkin sahəsi üçün 2019-cu ilin aprel ayında yetişdirilən və 17 Fevral 2020-ci ildə yığılan kerrin buğda çeşidindən istifadə olunmuşdur.

Mənbə: www.kubnews.ru

Baxış: 1197


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar