Bloq / Press


Kartof əkini və əkində texnikanın rolu

Kartof əkini və əkində texnikanın rolu

Ölkəmizin kənd təsərrüfatı sahəsində kartof istehsalının payı həmişə böyük olub. Bu, kartof istehlakının yüksək həddə olması ilə əlaqədardır. Milli mətbəximizdə kartof önəmli rol onayır: yeməklərimizin əksəriyyətində kartofdan istifadə olunur. Elə bu səbəbdəndir ki, kartofu ölkəmizdə “ikinci çörək” adlandırırlar. Ölkəmizdə istehlak olunan kartofun 90%-i əhalinin şəxsi istehlakıdır.

 

Keyfiyyətli və məhsuldar kartof üçün nə etmək lazımdır?

Sahələrdə payızlıq kartof əkini artıq başlayıb. Yüksək keyfiyyətli və məhsuldar kartof üçün doğru fizioloji yaşa malik toxumun, toxum yatağının və səliqəli əkinin birləşməsindən asılıdır. Əkində vacib olan əkinin tarixi və optimal sıxlıqda olmasıdır. Təcrübəli fermerlər üçün bərabər və doğru dərinlikdə əkin olduqca asandır.

 

Əkin növləri hansılardır?

  • Erkən əkin: qışda, yəni şimal yarımkürəsində dekabr və yanvar aylarında, cənub yarımkürəsində isə iyun və iyul aylarında olur
  • Yarımerkən əkin: Qışda da baş verir, lakin şimal yarımkürəsində yanvar-fevral, cənub yarımkürəsində isə iyul-avqust ayları arasında baş verir.

 

  • Yarı gec:Kartof əkilməsinin başqa bir növü yazda, yəni şimal yarımkürəsində aprel və may aylarında, cənub yarımkürəsində isə oktyabr və noyabr aylarında baş verir.

 

  • Gec əkin: Son səpin yayda, şimal yarımkürəsində avqustda, cənub yarımkürəsində isə fevralda aparılır.

 

 

Toxum yatağı necə hazırlanır?

Toxum yatağı hazırlamaq üçün traktora qoşulan torpaq frezindən  istifadə edilir. Toxum yatağı hazırlamaq üçün torpağın üstündən frezlə keçilir. Bundan sonra artıq torpaq səpin mərhələsinə hazır olur. Səpin üçün isə toxumsəpən aqreqatdan istifadə olunur.

 

Əkin və cücərti arasındakı müddət kartof əkininin ən həssas mərhələsidir. Toxumun keyfiyyəti, yaşı, cücərmə mərhələsi, həmçinin əkin müddətindəki temperatur və nəmlik cücərti mərhələsinə təsir göstərdiyinə görə, toxum yatağı standartlara cavab verməlidir.

 

Toxum yatağında hava, nəmlik və torpaq nisbəti bir-birinə uyğun olmalıdır. Toxum yatağı düz,    daş-kəsəksiz olmalı, əgər daş-kəsək olarsa, diskli mala  ilə kəsəklər qırılmalı, torpaq qatı düzləşdirilib, yumşaldılmalıdır.

 

Yüksək məhsuldarlıq üçün köklər sıx olmalıdır. Əgər sıxlıq əldə olunubsa, toxum ölçüsü məhsuldarlığa ciddi təsir göstərmir. Eyni çəkidəki kiçik ölçülü toxumluq kartof böyük ölçülü toxumluq kartofdan daha çox kök verir.

 

Cərgə məsafəsi nə qədər olmalıdır?

Kartoflar 50-100 sm aralı cərgələrdə böyüyür. Cərgələr toxumsəpən  aqreqatla hazırlanır. Kökləri daha yaxşı paylamaq üçün cərgələrin arası dar olmalıdır, amma yumruları qorumaq üçün cərgələrarası məsafə geniş (75-90 sm) olmalıdır.

 

 

Baxış: 1781


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar