Bloq / Press


İmişli rayonunda “Landini” traktorlarının təqdimat mərasimi keçirilib

20 aprel 2023-cü il tarixdə İmişli rayonunda “Prior Leasing” ASC-nin təşkilatçılığı ilə İtaliyan brendi “Landini” traktorlarının təqdimat mərasimi keçirilib.

Tədbirin keçirilməsinin əsas məqsədi fermerləri kənd təsərrüfatı texnikaları ilə yaxından tanış etmək, pambıqçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişafına dəstək göstərməkdir.

“Landini” traktorları ölkəmizdə daha çox pambıqçılıq sahəsində istifadə ediliyi üçün tədbirə İmişli, Bərdə, Ağcabədi və Zərdab rayonlarından əsasən pambıqçılıqla, həmçinin digər təsərrüfat sahələri ilə məşğul olan fermerlər və iri təsərrüfat sahibləri, müəssisə rəhbərlikləri dəvət ediliblər.

Tədbir zamanı İtalyan keyfiyyəti və incəliyi ilə hazırlanmış universal “Landini Landforce 125” və  “Landini Landpower 165” traktorlarının xüsusiyyətləri, sahədə işlənmə prinsipləri və dövlət güzəştli lizinqlə maaliyyələşmə şərtləri fermerlərə təqdim edilib.

Qeyd edək ki, “Landini” traktorları ilə yaxından tanış olmaq üçün “Prior Leasing”in Azərbaycanın 18 bölgəsində yerləşən filiallarına yaxınlaşa bilərsiniz.

Baxış: 789


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar