Bloq / Press


Hansı sahəyə kartof əkilməlidir?

Hansı sahəyə kartof əkilməlidir?

Bildiyiniz kimi yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır. Doğru əkin dedikdə:

  • Doğru əkin vaxtı;
  • Optimal sıxlıqda əkin;
  • Bərabər və doğru dərinlikdə əkin (bu cür əkini təlim keçmiş traktor sürücüləri edə bilər);
  • Əkin sahəsindəki faktiki şəraitin nəzərə alınması və müvafiq seçim nəticələrinin düzgün hesabının aparılması olduqca vacibdir.

Torpağın quruluşu:

Yaxşı toxum yatağında hava, nəmlik və torpaq nisbəti optimal olmalıdır. Sonrakl şərait isə eyni vaxtlı çıxışa və kartof bitkisinin rahat inkişafına şərait yaradacaq. Toxum yatağı düz, daş-kəsəksiz olmalı, yumşaq torpaq qatına sahib olmalı, şumlamaya imkan yaradan sərtlik və nəmlikdə olmalıdır.
Əkin üçün sahə seçildikdən sonra torpağın tərkibinin analiz olunması lazımdır. Müvafiq nəmliyi təmin etmək üçün alt hissədəki torpaq maneəsiz kök inkişafına əngəl olmamalıdır.

Hansı toxumdan istifadə etməliyik?

Hansı toxumun daha uyğun olduğunu müəyyən etmək üçün, məhsulun hansı məqsədlə istifadə edəcəyimizə qərar verməliyik. Müvafiq istehsal məqsədi və yığım müddəti hansı toxumun istifadə edəcəyimizi müəyyənləşdirir. Kartof əsasən vegetativ üsulla artırılır. Normal böyüməsi üçün optimal temperatur 12-18 dərəcə olmalıdır. Nəmliyə tələbkardır. Xüsusilə, gövdələrin intensiv inkişafı dövründə suya tələbatı daha çox olur. Erkən yazda əkilən kartofun vegetasiya dövrü ərzində 6-8 dəfə suvarılması tövsiyə olunur. Tezyetişən sortlar üçün 50-60 gün, orta müddətə yetişən sortlar üçün 60-80 gün, gecyetişən sortlar üçün 80-100 gün vaxt tələb olunur. Pomidor, bibər, badımcan əkilən sahələrə daha sonra kartof əkilməsi məsləhət görülmür.

Əkin üçün sahə seçildikdən sonra torpağın tərkibinin analiz olunması lazımdır. Toxum materialları standarta uyğun, sağlam cücərmə qabiliyyətinə malik olmalıdır.


geri
Yeni məhsullar Texniki xidmət Aksiya