Bloq / Press


“Caspian Agro” 2024

“Bakı Expo Mərkəzi” 17-ci dəfə “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə ev sahibliyi etdi. Şirkətimiz də sərgidə çoxfunksiyalı və yeni texnikaların təqdim olunduğu 9 stendlə təmsil olundu. Bu ilki sərgidə “New Holland”, “Landini”, “Lovol”, “Solis”, “Maschio Gaspardo”, “Türk aqreqatları” stendləri ilə yanaşı cari ildə  yeni layihəmiz olan “traktor.az” platformasını da ictimaiyyətə  təqdim etdik.

“Traktor.az” ölkəmizin ilk rəqəmsal kənd təsərrüfatı texnika platformasıdır. Əsas şüarı "Bir Nöqtə - Bir Xidmət" anlayışı “traktor.az” onlayn platformasında hər bir fermer və ya sahibkar yeni traktorlar və aqreqatlarla tanış olaraq onları əldə etməklə yanaşı, 40 % dövlət subsidiyası üçün müraciət edərək faizsiz və sərfəli lizinq şərtlərindən yararlana bilərlər. Fermerlərə bu platformada, seçdikləri texnikaları digər texnikalarla müvafiq parametrlər üzrə müqayisə edərək daha yaxşı və dəqiq qərarlar vermək imkanı da yaradılıb.

Qeyd edək ki, sərgi zamanı ziyarətçilər təqdim etdiyimiz traktor modelləri və aqreqatlarla yaxından tanış olaraq onların əsas xüsusiyyətləri  barədə məlumatlandırılıblar.

Baxış: 426


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar