Bloq / Press


Bağ traktoru seçərkən nələrə diqqət edilməlidir?

Bağ traktoru seçərkən nələrə diqqət edilməlidir?

Bağınıza traktoru seçərkən mütləq diqqət edilməli özəlliklər traktorun lazım olan güc ehtiyacını qarşılaması və ekonom olmasıdır.

 

Bildiyimiz kimi, traktor kənd təsərrüfatı fəaliyyəti üçün ehtiyacları qarşılamaq, aqreqatları qoşmaq və digər tələbləri yerinə yetirmək üçün güc mənbəyi hesab olunur. Təsərrüfatlarda bu güc mənbəyinin düzgün seçimi çox önəmlidir.

 

Bağ traktorlarında digər diqqət edilməli texniki göstəricilər aşağıdakı kimidir:

 

Mühərrik gücü – Traktor gücünü dizel yanacağı ilə işləyən daxili yanma mühərrikindən alır. Mühərrikdən gələn güc sürətlər qutusu vasitəsilə təkərlərə ötürülür və traktor hərəkət edir. Dartma qabiliyyəti ilə işləyən traktorlar mühərrikin gücünü fərqli çıxış nöqtələrindən aqreqatlara ötürür. Bu çıxış nöqtələri ehtiyat çəngəl, quyruq mili və hidravlik çıxış nöqtələridir.

 

Mühərrik gücü maksimal və nominal güc olaraq iki yerə bölünür. Maksimal güc traktorun aqreqatsız işləyərkən öz gücü, nominal güc isə aqreqatla işləyərkən itkilər çıxıldıqdan sonra yerdə qalan gücdür.

 

Ölçülər (en, uzunluq, hündürlük) – Bağ traktorlarında ən önəmli mövzulardan biri (çöl eni, hündürlük və uzunluq) ölçülərdir. Bağlarda əkilən ağaclar, ağac və bağ kötükləri arasında traktorun rahat işləyə bilməsi üçün traktorlar müvafiq ölçülərdə istehsal edilir. Son illərdə mühərrik normativlərində olan dəyişikliklərə görə, dizel mühərriklərin ölçüləri böyüyür və bu, kompakt ölçülü traktor istehsalına mane olur. Digər tərəfdən bu, böyük mühərriklli traktorlar dar yerdə rahat işləməyə imkan verir.

 

Çox qoca ağaclarda yığımdan əvvəlki son mərhələdə mevələr əsasən alt budaqlarda olur.Geniş sıralara əkilmiş ağaclarda yığımdan əvvəl alt budaqlarda meyvə sıxlaşır və sıralar daralır. Dar sıralarda zəruri olaraq görülməli işlər gecikir və traktor dar sıralarda işləyərkən bol meyvələri ağaclara zərər verə bilir.

 

Manevr qabiliyyəti – meyvə bağlarında ağaclararası məsafə və sıra sonlarındakı dönüşlərdə traktorun manevr qabiliyyəti böyük önəm daşıyır.

 

Xüsusi istehsal kompakt bağ traktorları yeni əkiləcək ərazidə daha çox ağac əkməyə və daha çox qazanc əldə etməyə imkan verir.

 

Lovol”,”Solis”, “New Holland”, “McCormick”, “Landini kimi dünyaca məşhur brendlərə məxsus bağ traktorları ölkəmizdə bağçılığın inkişafına yüksək təkan verir. “Prior Leasing” ASC hal-hazırda bu traktorların PULSUZ ÇATDIRILMA, 40% dövlət güzəşti və sərfəli lizinq şərtləri ilə satışını həyata keçirir.

Baxış: 2082


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar