Vakansiyalar


Partnyorlarla iş üzrə aparıcı mütəxəssis

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Oxşar sahədə 2 (iki) il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili,rus dili biliyi arzuolunandır ;
  • MS Office proqramlarında işləmək;
  • Şəxsi avtomobili (xərclər qarşılanır);
  • Bölgələr üzrə ezamiyyətə açıq olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
  • Potensial müştərilərə  məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
  • Şirkətin məhsullarını  Partnyorlar üzərindən  satışını təşkil  və nəzarət etmək;
  • Yeni partnyorlarla görüşlərin keçirilməsi və əməkdaşlığa cəlb edilməsi;
  • Məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və lazım olduqu təqdirdə Şirkətin filiallarına yönləndirilməsi;
  • Məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərin cəlbi imkanlarının dəyərləndirilməsi;
  • Satış prosesi və bazar araşdırması ilə bağlı müvafiq hesabat və təqdimatların hazırlanması;
  • Partnyor satışları bölməsi üzrə müəyyən olunmuş satış planlarının yerinə yetirilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı:1000-1100 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Partnyorlarla iş üzrə aparıcı mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.

Daha çox vakansiyalar üçün bizi Prior Career https://cdn-icons-png.flaticon.com/512/174/174857.png  səhifəsindən izləyin  

Vəzifə Partnyorlarla iş üzrə aparıcı mütəxəssis
Məşğulluq növü tam
Son müraciət tarixi 25.05.2023
Yer Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar