"New Holland T3.75F" (kabinli) XÜSUSİ İLKİN ÖDƏNİŞLƏ!
AksiyaMövcuddur
Tədbirlər
Kampaniyalar
Aksiya
72 at güclü “New Holland T 3.75F” bağ traktoru 12 irəli 12 geri sinxronizatorlu ötürmələr qutusu ilə bir çox sürət seçimi təklif edir. Traktorun quyruq mili dövrlərinin sayı 540 və 540e (ekonom) rejimdə işləyə bildiyi üçün bir çox aqreqat qoşula bilir. İdarəetmənin rahatlığı, idarəetmə komponentlərinin rahat əlçatanlığı, kompakt dizaynı, güclü quyruq mili, üstün səs və vibrasiya izolyasiyası da traktorun üstünlük təşkil edən texniki göstəricilərinə aiddir. Həmçinin, Lift-O-Matic™ sistemi - qoşulmuş aqreqatın 1 düymə vasitəsilə tez zamanda qaldırılması və öncədən təyin edilmiş dərəcədə endirilməsi üçün idealdır.
Kampaniya iyun ayının sonunadək qüvvədədir!